İndoneziyanın Sidoarco şəhərində internat məktəbi binasının uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.
AzEdu.az xəbər verir ki, bu barədə yerli KİV İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyinə (BNPB) istinadən məlumat yayıb.
Xəsarət alanların ümumi sayı 167 nəfərdir.
"49 nəfər (internat məktəbinin açıqladığı davamiyyət siyahısına əsasən - red.) isə hələ də axtarış-xilasetmə qrupu tərəfindən axtarılır", - məlumatda deyilir.
Binanın uçmasının səbəbləri hələ araşdırılır.
Səlahiyyətlilər təhqiqat aparır və dəymiş ziyanın həcmini qiymətləndirirlər.
Qeyd edək ki, daha əvvəl insident nəticəsində 5 nəfərin öldüyü bildirilirdi.