Azedu.az

Dünyada uşaqlar arasında göyöskürək yayılıb

Xəbərlər

4 Oktyabr 2025, 09:10
Dünyada uşaqlar arasında göyöskürək yayılıb

Dünyada uşaqlar arasında göyöskürək halları yenidən artıb, xəstəlik pandemiyadan əvvəlki göstəriciləri keçib.

AzEdu.az-ın verdiyi məlumata görə, bu barədə amerikalı pediatriya mütəxəssisləri aparılan araşdırmadan sonra xəbərdarlıq ediblər. Onların tədqiqatlarının nəticələri "PEDIATRICS" jurnalında dərc olunub.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, böyüklərdə xəstəlik uzunmüddətli öskürəklə müşayiət olunsa da, körpələrdə ağır fəsadlara səbəb ola, xüsusilə iki aydan kiçik uşaqlarda nəfəsin dayanmasına gətirib çıxara bilər.

Ekspertlər bildiriblər ki, bu xəstəlikdən ən vacib müdafiə üsulu hamiləlik dövründə edilən peyvənddir.

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox