Müəllim danışaraq həm özünü, həm də fənni şagirdlərə sevdirir və onları dərsin önəmini dərk etməyə inandırır. Eyni zamanda müəllim təkcə fənni öyrətmir, şagirdlərin şəxsiyyətinin formalaşmasına da təsir göstərir.
AzEdu.az xəbər verir ki, bu fikirləri jurnalist Cəlalə Nəzəroğlu "nitq mədəniyyəti və təhsil" podkastında bildirib.
"Bəzən müəllim çox savadlı və dünya görüşü geniş olsa da, səs tonu, mimikalar və danışıq üslubu zəif olduqda təsir azalır. Uşaqların bir fənni sevməməsi əksər hallarda müəllimin danışıq tərzi ilə bağlıdır.
Danışıq və davranış tədrisin ayrılmaz hissəsidir. Sözlər yalnız səs tonu və bədən dili ilə dəstəklənəndə şagirdlər üzərində təsir gücü formalaşır. Özünə inamlı, düzgün və səlis danışan müəllimlər şagirdlərin marağını artırır və onları öyrənməyə həvəsləndirir",- o qeyd edib.