Azedu.az

Nilay, Bəxtiyar, Xədicə - Gəncənin balaca qəhrəmanları...

Xəbərlər

11 Oktyabr 2025, 09:15
Nilay, Bəxtiyar, Xədicə - Gəncənin balaca qəhrəmanları...

Ermənistanın Gəncədə törətdiyi terrordan 5 il ötür.

AzEdu.az-nın məlumatına görə, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri Gəncədə daha bir terror törədiblər.

Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən "Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.

Yaralanan uşaqlar arasında Nilay və Bəxtiyar var idi...

Belə ki, terror hadisəsi nəticəsində körpə Nilay hər iki valideynini itirib. Onun atası Adil Əliyev, anası Əliyeva Günay, nənəsi Afaq Əliyeva Gəncəyə raket hücumu nəticəsində həlak olub. Nilayın həmin vaxt 1 yaşı var idi. 

O, hadisə nəticəsində başıdan yara almışdı. Hazırda Gəncə Dünya məktəbinin 2-ci sinif şagirdidir.

Faciə yerindən dünyaya terrorla bağlı görüntülər yayıldığı vaxtda sifəti qan içində olan 5 yaşlı balaca Bəxtiyarın təbəssümünü heç kim unutmayıb. Gəncənin balaca qəhrəmanı Bəxtiyar Heydərli artıq 10 yaşındadır. Belə ki, Gəncədə yerləşən 20 saylı məktəbin 4-cü sinif şagirdidir.

Şahnəzərli Xədicə hələ 3 yaşında ikən Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin ballistik raketlə vurulması nəticəsində valideynlərini və bacısını itirib. Onun hazırda 8 yaşı var. Xədicə Gəncədə Dünya məktəbində 3-cü sinifdə oxuyur.

Qeyd edək ki,Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox