Azedu.az

Xərçəngin əmələ gəlməsi və inkişafının yeni mexanizmi aşkar edilib

Xəbərlər

3 Oktyabr 2025, 15:45
Xərçəngin əmələ gəlməsi və inkişafının yeni mexanizmi aşkar edilib

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutu ilə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi alimləri ağciyər xərçənginin yaranma səbəbləri ilə bağlı yeni mexanizmi aşkar ediblər.

İnstitutdan AzEdu.az-a bildirilib ki, bu barədə elmi məqalə “Molekulyar Struktur Jurnalı”nda (Journal of Molecular Structure) dərc olunub.

Tədqiqatın məqsədi sağlam hüceyrələrin və xərçəng hüceyrələrinin membran quruluşunu müqayisə etmək olub. Xüsusi cihaz Furye Çevirici İnfraqırmızı spektroskopiya vasitəsilə məlum olub ki, sağlam hüceyrələrin membranındakı yağ molekulları daha sıx və nizamlı düzülür. Xərçəng hüceyrələrinin yağ molekulları isə nizamsız və boş şəkildə yerləşir. Xərçəng hüceyrələri sağlam hüceyrələrdən daha aşağı temperaturda quruluş dəyişir.

Nəticədə, bəzən xarici görünüşcə sağlam sayılan hüceyrələrin daxili quruluşu artıq xərçəngə bənzəyir. Yəni, xərçəng əslində hüceyrənin morfoloji dəyişməsindən əvvəl onun daxili proseslərində başlayır.

Bu nəticə xüsusən diaqnostikada mühüm əhəmiyyətə malik olacaq, çünki həkimlər xərçəngi adətən yalnız hüceyrənin görünüşünə əsasən diaqnoz edirlər. Amma araşdırma göstərir ki, daha dəqiq diaqnoz üçün hüceyrələrin metabolik xüsusiyyətlərinə də baxmaq lazımdır.

Alimlərin qənaətinə görə, ətraf mühit amilləri hüceyrələrin metabolizminə təsir edir və xərçəngin başlanmasında ciddi rol oynayır.

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox