Azedu.az

Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi

Xəbərlər

Dövlət İmtahan Mərkəzi (DİM)

3 Oktyabr 2025, 10:18
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, 3 oktyabr 2025-ci il tarixində 5 dövlət orqanında inzibati vəzifələrin 3-4-cü təsnifatlarına uyğun olan 7 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. 

Daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin üçüncü təsnifatına, 6-sı dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatında şöbə müdiri vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 oktyabr 2025-ci il tarixindən 17 oktyabr 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox