Azedu.az

Yeni parlayan kometa Yerə yaxınlaşıb

Xəbərlər

3 Oktyabr 2025, 09:00
Yeni parlayan kometa Yerə yaxınlaşıb

Astronomlar bu ilin sentyabr ayında C/2025 R2 (SWAN) adlı yeni parlayan kometanı aşkar ediblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, kometa yaşıl işıltısı ilə diqqət çəkir və oktyabr ayında Yer kürəsindən daha aydın görünəcək. Alimlərin sözlərinə görə, C/2025 R2-nin parlaq quyruğu teleskop və hətta bəzi hallarda adi gözlə də müşahidə oluna bilər.

NASA mütəxəssisləri bildirirlər ki, kometanın işıltısı onun tərkibindəki qaz və toz hissəciklərinin Günəş şüaları ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Bu hadisə astronomiya sevərlər üçün nadir müşahidə imkanı yaradır.

Kometanın gələn ay ərzində şimal yarımkürədə daha yaxşı görünəcəyi qeyd olunur.

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox