Azedu.az

 16 yaşlı yeniyetmə BIÇAQLANDI

Xəbərlər

2 Oktyabr 2025, 21:59
 16 yaşlı yeniyetmə BIÇAQLANDI

Sumqayıt şəhərində mübahisə qanla nəticələnib.

AzEdu.az xəbər verir ki, hadisə şəhərin ikinci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məhəmməd Nazim oğlu Fərzəliyev aralarında yaranmış münaqişə zəminində, həmyaşıdı - 2009-cu il təvəllüdlü Elcan Anar oğlu Niftəlizadəyə bıçaqla xəsarət yetirib. Yaralı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həmyaşıdı M.Fərzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

PROSES BAŞLADI - Rusiyaya dəhşətli zərbələr endiriləcək
Son xəbərlərDaha çox