Çox vaxt yeni doğum etmiş Analar sarılığı olan övladının fototerapiyaya ehtiyacı olduğunu eşidəndə, ilk reaksiyaları bəlli səbəblərdən inamsızlıqla bağlı olur. Hətta təəssüf ki ,bəzən imtina belə edənlər olur ki, bu durumda fəsadlar qaçılmazdır.
Bu sözləri AzEdu.az-a pediatr Günay Rəsulova söyləyib.
O qeyd edib ki, uşaqda yuxululuq,süstlük,ağlamamaq,əmməmək kimi əlamətlər olarsa mütləq həkimə müraciət etməlidir:
"Əvvəlcə onu deyim ki, sarılıq yeni doğanların ən az 2-3 də fizioloji, yəni normal olaraq baş verir. Bəzi körpələrdə isə bu pataloji ola bilər.( Rezus, qan qrup uyğunsuzluğu və s.) Yəni ilk günlərdə normadan artıq sərbəst bilirubin artışı baş verir və bu səviyyə əsasən bilirubin dəyəri 12mg/dl yuxarı olanda uşaq "saralmış" görünür. Sarılığın uşaqda normadan çox olmasının bir sıra səbəbləri var.
Uşaqda, qanda bilirubin ölçülərək, həkim tərəfindən bu rəqəm dəyərləndirilir və sarılığın müalicəyə yoxsa sadəcə təqibə ehtiyacı olduğuna qərar verilir. Müalicədə,bilirubin dəyərlərinə uyğun olaraq fototerapiya və ya qan dəyişməyə qərar verilir. Bu qərar, yenidoğanın hər sutkasına uyğun bilirubin dəyərindən asılıdır. Həkimlər bu qərarı xəstəxanada yatan və hestasiya yaşı 35 həftə və ondan çox körpələrdə fototerapi uygulama rəhbərinə uygun olaraq verir. Misal üçün uşaq 3 cü sutkasındadırsa( orta dərəcə riskli körpə) və bilirubin dəyəri 16mg/dl sə fototerapiya lazımdır".
Körpənin sarılığı müalicə yox sadəcə təqibə alınırsa, ana körpədə aşağıdakı əlamətlərə diqqət etməlidir:
"Aşağı riskli körpələrdə (38 həftə çox və tam normal)isə bu rəqəm 17-18 gr/dl dir.Bu göstərişə şübhə etməməli, müalicədən imtina edərək körpəni riskə atmamalısınız! Deyək ki, etdiniz, ən azından başqa bir klinikada bu göstərişin həqiqi olub olmadığını dəqiqləşdirmədən körpəni evə aparmamalısınız. Körpənin sarılığı müalicə yox sadəcə təqibə alınırsa, ana körpədə aşağıdakı əlamətlərə diqqət etməlidir; Uşaqda yuxululuq,süstlük,ağlamamaq,əmməmək kimi əlamətlər olarsa mütləq həkimə müraciət etməlidir".