Azedu.az

Psixoloq: Ailə dəstəyi olmayan uşaqlar özgüvənini itirir

Xəbərlər

2 Oktyabr 2025, 15:59
Psixoloq: Ailə dəstəyi olmayan uşaqlar özgüvənini itirir

Ailə dəstəyi olmadan böyüyən uşaqların cəmiyyətə inteqrasiyasında bir sıra psixoloji çətinliklər ortaya çıxır. Bu uşaqlar sosial əlaqələr qurmaqda, güvən inkişaf etdirməkdə və özlərini ifadə etməkdə çətinlik çəkirlər. 

Mövzu ilə bağlı AzEdu.az-a psixoloq Gülnar Orucova danışıb. 

O, qeyd edib ki, belə uşaqlar insanlara güvənməkdə, etibar etməkdə çətinlik çəkirlər:

"Ailə dəstəyi olmadan böyüyən uşaqların əksəriyyətində özgüvən əksikliyi müşahidə olunur. Bu özgüvən əksikliyi ilə yanaşı, özünü qiymətləndirmə aşağı səviyyədə olur, adaptasiya prosesi çətin keçir, sosial bacarıqları zəif inkişaf edir. Belə uşaqlar insanlara güvənməkdə, etibar etməkdə çətinlik çəkirlər. Bu problemlər gələcəkdə onların qurduqları ailələrdə də özünü göstərməyə davam edir. 

Bəzən özlərini izolyasiya edirlər, tək qalmağı seçirlər, tənhalığa meyilli olurlar. Sosial bacarıqların zəifliyi səbəbilə iş mühitində passiv qalırlar, kənarda qalırlar, ünsiyyət bacarıqları zəif olur, nitq qabiliyyətləri də aşağı səviyyədə olur. Yəni, ailə dəstəyi olmadan böyüyən uşaqlarda yaranan bu travmalar gələcəkdə onların şəxsi həyatına da ciddi şəkildə təsir edir".

PROSES BAŞLADI - Rusiyaya dəhşətli zərbələr endiriləcək
Son xəbərlərDaha çox