Azedu.az

Əlcəzair təhsil sistemində Fransız dilini İngiliscə ilə əvəz edir

Xəbərlər

1 Oktyabr 2025, 17:49
Əlcəzair təhsil sistemində Fransız dilini İngiliscə ilə əvəz edir

Əlcəzair hökuməti ölkənin təhsil sistemində uzun illərdir hökm sürən Fransız dili dominantlığını zəiflədərək, İngilis dilinə keçid prosesini sürətləndirməyə qərar verib. Rəsmi mənbələrin verdiyi məlumata görə, bu addım ölkənin qlobal elm və texnologiya sahəsində daha rəqabətqabiliyyətli mövqe qazanması məqsədi daşıyır.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni təhsil siyasətinə əsasən, məktəblərdə Fransız dilli proqramların mərhələli şəkildə azaldılması, ali təhsil müəssisələrinin, xüsusilə də tibb fakültələrinin tədris dilinin İngilis dilinə dəyişdirilməsi nəzərdə tutulur. Həmçinin Fransız İnstitutlarının mədəni tədbirlərdə iştirak imkanları da məhdudlaşdırılır.

Fransız dilinin Əlcəzairdə bu günə qədərki mövqeyi tarixi və mədəni səbəblərlə bağlı olub. Lakin hökumət bu irsi dilin beynəlxalq arenada kifayət qədər üstünlük yaratmadığını, gənc nəsilin isə daha çox İngilis dili biliklərinə ehtiyac duyduğunu vurğulayır. Hazırda Əlcəzair hökuməti yeni proqramların hazırlanması və İngilis dilində tədris verə bilən kadrların artırılması istiqamətində fəaliyyətlərini davam etdirir.

Hazırlıqlar başladı - Rusiya NATO ölkələrinə hücum edəcək!
Son xəbərlərDaha çox