Azedu.az

FHN məktəblilər üçün “Açıq qapı” günü təşkil edib

Məktəblər

1 Oktyabr 2025, 16:20
FHN məktəblilər üçün “Açıq qapı” günü təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə 1 nömrəli Xüsusi Təyinatlı, Yasamal, Səbail rayonları Yanğından Mühafizə hissələri və 31 nömrəli Yanğından Mühafizə Bölməsində “Açıq qapı" günü tədbirləri keçirilib.

AzEdu.az xəbər verir ki, Avropa Azərbaycan məktəbinin şagirdləri, həmçinin müəllim və tərbiyəçilərinin iştirak etdikləri tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

“Açıq qapı" günü tədbirlərində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Maraqlı keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb. 

Hazırlıqlar başladı - Rusiya NATO ölkələrinə hücum edəcək!
Son xəbərlərDaha çox