Azedu.az

Şagird sayı çox olan siniflərdə dərs saatı artırıla bilər? - AÇIQLAMA

Xəbərlər

1 Oktyabr 2025, 14:13
Şagird sayı çox olan siniflərdə dərs saatı artırıla bilər? - AÇIQLAMA

Məktəblərdə siniflərin doluluğu təhsilin keyfiyyətinə ciddi təsir göstərən amillərdən biridir. İctimaiyyətdə formalaşan fikirlərə əsasən, şagird sayı artdıqca dərslərin effektiv keçirilməsi çətinləşir və müəllimlərin idarəetmə imkanları məhdudlaşır. Bu isə həm şagirdlərin öyrənmə motivasiyasına, həm də ümumi təhsil səviyyəsinə mənfi təsir göstərir.

Maraqlıdır, şagird sayı çox olan siniflərdə dərs saatı artırıla bilər?

Mövzu ilə bağlı AzEdu.az-a elm və təhsil eksperti Səbuhi Abdullayev açıqlama verib. 

169130Müsahibimiz qeyd edib ki, siniflərdə şagird sıxlığı təhsilin keyfiyyətinə mənfi təsir göstərir:

"Bir müddət əvvəl Təhsil İnstitutunun brifinqində Elnur Əliyev bildirmişdi ki, məktəblərdə 40-45 şagirdin olması təhsilin keyfiyyətinə mənfi təsir göstərmir. Bu açıqlama isə ictimaiyyətdə ciddi narahatlıq doğurmuş və mənfi reaksiyalara səbəb olmuşdu. Halbuki bir sinifdə 30 və daha çox şagirdin olması həm onların idarə olunması, həm də təlim-tərbiyə prosesi baxımından kifayət qədər çətindir. Belə bir şəraitdə dərsin effektiv şəkildə keçirilməsindən danışmaq qeyri-mümkündür.

Şagird sıxlığının aradan qaldırılması istiqamətində mütləq addımlar atılmalıdır:

"Bu səbəbdən həm Təhsil İnstitutu, həm Elm və Təhsil Nazirliyi, həm də müvafiq agentliklər məsələ ilə bağlı ciddi tədbirlər görməlidirlər. Əks halda, həmin sinifdə təhsil alan şagirdlərin psixoloji durumu, vətəndaş kimi formalaşması və təhsilə marağı ciddi şəkildə zədələnə bilər.

Bir mənalı şəkildə demək olar ki, siniflərdə şagird sıxlığı təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən məktəblərdə şagird sayı məhdudlaşdırılmalı, sıxlıq müşahidə edilən hallarda şagirdlər yaxınlıqdakı digər məktəblərə yönləndirilməlidir. Eyni zamanda dövlət-özəl məktəb münasibətlərinin düzgün tənzimlənməsi bu problemin həllinə töhfə verə bilər".

Hazırlıqlar başladı - Rusiya NATO ölkələrinə hücum edəcək!
Son xəbərlərDaha çox