Alimlər ilk dəfə olaraq insan dərisi hüceyrələrindən yumurta hüceyrələri hazırlamağı bacarıblar.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, Oregon Health & Science Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma nəticəsində adi dəri hüceyrələri “induksiya olunmuş pluripotent kök hüceyrələr”ə çevrilib və onlardan yumurta hüceyrəsi formalaşdırılıb.
Mütəxəssislərin sözlərinə görə, bu nailiyyət xüsusilə təbii yolla yumurta əldə edə bilməyən qadınlar üçün gələcəkdə yeni ümidlər yarada bilər. Lakin hazırda laboratoriyada yaradılan yumurtalarda çoxlu xromosom xətaları müşahidə olunur və onların real istifadəsi üçün uzunmüddətli sınaqlara ehtiyac var.
Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə qısırlığın müalicəsi və genetik xəstəliklərin öyrənilməsi sahəsində yeni imkanlar aça bilər.