Qlobal təhsil sahəsindəki dəyişikliklərə və iqtisadi qeyri-müəyyənliyə baxmayaraq, Kanada beynəlxalq tələbələr üçün ən cazibədar təhsil məkanlarından biri olaraq öz mövqeyini qoruyub saxlayır. Ölkənin təhsil sistemi, sabitliyi və qonaqpərvər mühiti tələbələrin Kanadada təhsil almağa davam etməsində əsas amillərdən hesab olunur.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Kanadanın ali təhsil müəssisələri, yüksək keyfiyyətli təhsil proqramları və geniş təqaüd imkanları ilə dünya miqyasında tələbələrin diqqətini cəlb edir. Eyni zamanda, ölkənin multikultural və inklüziv cəmiyyəti xarici tələbələrə sosial adaptasiya prosesində dəstək verir.