Azedu.az

Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcəklər?

Xəbərlər

29 Sentyabr 2025, 21:35
Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcəklər?

 

Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb avtobuslarının avtobus zolaqlarına daxil olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirilib.

AzEdu.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məktəb avtobusları avtobus zolaqlarına daxil ola bilməyəcəklər.

Məlumata əsasən, avtobus zolaqlarında yalnız müntəzəm avtobus marşrutları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər.

Xatırladaq ki, bu gün elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq. O qeyd edib ki, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq.

TƏCİLİ! İrəvanda ara qarışdı - Etirazçılarla polis bir-birinə girdi
Son xəbərlərDaha çox