Azedu.az

Təhsil Tələbə Kreditinə ən çox bu universitetin tələbələri müraciət edib - RƏSMİ

Xəbərlər

29 Sentyabr 2025, 16:22
Təhsil Tələbə Kreditinə ən çox bu universitetin tələbələri müraciət edib - RƏSMİ

Tədris ilinin əvvəlindən etibarən Fond tərəfindən aparılan statistik təhlillər göstərir ki, 2025/2026-cı tədris ili üzrə bu günə qədər ümumilikdə 12000-ə yaxın edilən müraciətdən, 7000-dən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

Onlar içərisində ən çox hansı universitet tələbələri yer alır? Həmçinin müraciət edənlərin neçəsi qız, neçəsi isə oğlan tələbədir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Tələbə Krediti Fonduna (TTKF) sorğu ünvanlayıb.    

Fonddan sorğumuza cavab olaraq bildirilib ki,müraciət edən və kreditdən yararlanan tələbələrin təhsil aldıqları ali təhsil müəssisələrinə nəzər yetirdikdə, 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsi üzrə ən çox müraciət edilən universitetlər sırasında Bakı Avrasiya Universitetini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetini görə bilərik:

"Belə ki, rəsmiləşdirilmiş təhsil kreditləri üzrə gender bölgüsünə əsasən Bakı Avrasiya Universiteti üzrə ümumilikdə 243 nəfər tələbə yararlanmışdır. Onlardan kişi cinsi üzrə 44 nəfər, qadın cinsi üzrə 199 nəfər;

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə bu göstərici ümumilikdə 226 nəfər təşkil edir. Kişi cinsi üzrə 203 nəfər, qadın cinsi üzrə 23 nəfər;

Azərbaycan Dövlət Pedaqoji Universiteti üzrə isə ümumilikdə 189 nəfər tələbənin kredit müqaviləsi rəsmiləşdirilmişdir ki, onlardan 26 nəfəri kişi cinsi, 163 nəfəri isə qadın cinsinə aiddir.

Qeyd etmək lazımdır ki, ümumilikdə ali təhsil müəssisələrinin siyahısı sabit və dəyişməz şəkildə formalaşmır. Əksinə, bu sıralama edilən müraciətlərin sayına əsasən artan dinamika ilə davamlı şəkildə dəyişir".

TƏCİLİ! İrəvanda ara qarışdı - Etirazçılarla polis bir-birinə girdi
Son xəbərlərDaha çox