Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın 11 “TX” sinif şagirdi İsrafil Cəfərli VIII Respublika Robot Olimpiadasında “Robomission Senior” kateqoriyası üzrə birinciliyə layiq görülüb.
AzEdu.az xəbər verir ki, qalib şagird noyabr ayında Sinqapurda keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək.