Rusiyanın Arxangelsk şəhərində keçmiş tələbə bıçaqla müəllimlərə hücum edib.
AzEdu.az xəbər verir ki, keçmiş tələbə kollecdən qovulmasının qisasını almaq niyyəti ilə müəllimlərə hücum edib.
Arxangelsk İnşaat-İqtisadiyyat Kollecinin iki əməkdaşı bıçaqlanıb. Bundan başqa bir tələbənin də xəsarət aldığı bildirilib. Onlara tibbi yardım göstərilir. Müəllimlərə hücum edən şəxs saxlanılıb.