Bakıda “PAŞA Holding”in təşkilatçılığı ilə beynəlxalq INMerge İnnovasiya Sammiti (INMerge Innovation Summit 2025) öz işinə start verib.
AzEdu.az xəbər verir ki, iki gün davam edəcək sammitdə müasir texnologiyalar və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, aparıcı özəl sektor təmsilçiləri, sənaye liderləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Sammit çərçivəsində “İnsan-Al dövrü: Sənaye 4.0-da bacarıqların, rolların və öyrənmələrin yenidən müəyyənləşdirilməsi”, “Yaradıcı insanları nə maraqlandırır? Yaradıcı təşkilatın strukturlaşdırılması və fəaliyyət göstərməsi”, “Al – Növbəti intibah”, “Məlumata əsaslanan qərarlar: Analitika və Al ilə ağıllı müəssisələrin genişləndirilməsi”, “Akademiya və sənaye körpüsü: Sənaye 4.0 istedad boru kəmərinin qurulması”, “Təhsil–Sahibkarlıq boru kəməri: Biliyin milli inkişafa çevrilməsi” kimi mövzular ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, “Azərbaycan müəllimi” “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən bu beynəlxalq sammitin rəsmi informasiya tərəfdaşıdır.