Norveçin Arktik bölgəsində yerləşən Svalbard arxipelaqı alimlər tərəfindən “yer üzərində ən sürətlə isinən məkan” adlandırılıb.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, son onilliklərdə burada temperatur artımı dünya ortalamasını dəfələrlə üstələyib. Xüsusilə qış aylarında orta temperaturun qlobal göstəricidən 8 dəfə daha sürətlə yüksəldiyi vurğulanır.
Elm adamlarının fikrincə, bu dəyişikliklər yalnız ekosistemə deyil, həm də bölgədəki infrastruktur və insan fəaliyyətinə ciddi təsirlər göstərir. Əsir buzların sürətlə əriməsi və permafrostun (donmuş torpaq) zədələnməsi, həm təbiət, həm də yaşayış mühiti üçün yeni risklər yaradıb.
Alimlər xəbərdarlıq edir ki, bu prosesin davam etməsi gələcəkdə həm Arktikanın biomüxtəlifliyini, həm də iqlim dəyişikliyi ilə bağlı qlobal balansı təhlükə altına sala bilər.