Azedu.az

NASA-dan Aya təhdid olan asteroidlə bağlı radikal nüvə silahı təklifi

Xəbərlər

27 Sentyabr 2025, 14:26
NASA-dan Aya təhdid olan asteroidlə bağlı radikal nüvə silahı təklifi

NASA mütəxəssislərinin də daxil olduğu beynəlxalq alimlər qrupu, yeddi il ərzində Ayla toqquşma təhlükəsi yaradan "2024 YR4" adlı asteroidi məhv etmək üçün nüvə silahından istifadə variantını nəzərdən keçirir.

AzEdu.az xəbər veriri ki, bu barədə "ArXiv" platformasında dərc olunmuş məqalədə məlumat verilib.

Alimlər diametri təxminən 60 metr olan asteroidin Ayla toqquşmasının qarşısını almaq üçün iki üsul təklif ediblər. Onlar ya asteroidin orbitini dəyişdirməyi, ya da onu kinetik zərbə və ya nüvə partlayışı vasitəsilə dağıtmağı təklif edirlər.

Yekun qərarın 2028-ci ilin sonunda, kosmik obyektin daha da yaxınlaşdığı zaman qəbul edilməsi tövsiyə olunur.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox