Azedu.az

Kanadada hindistanlı tələbələr üçün təhsil vizalarının sayı 50% azaldıldı

Xəbərlər

27 Sentyabr 2025, 12:05
Kanadada hindistanlı tələbələr üçün təhsil vizalarının sayı 50% azaldıldı

Kanada 2025-ci il üçün Hindistan vətəndaşlarına verilən təhsil vizalarının sayını 50 faiz azaldıb. Bu qərar təhsil sektoru və ölkə iqtisadiyyatına əhəmiyyətli təsir göstərə bilər.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, hindistanlı tələbələr Kanadadakı universitetlərin beynəlxalq tərkibində önəmli yer tuturlar və vizaların azaldılması ölkəyə gələcək tələbə axınına mənfi təsir edəcək.

Qeyd edək ki, Hindistan dünyanın ən böyük beynəlxalq tələbə bazarlarından biridir və Kanadadakı ali təhsil müəssisələri üçün strateji əhəmiyyət daşıyır.

Mütəxəssislər, bu qərarın universitetlərin beynəlxalq əməkdaşlıq siyasətinə və gələcək tələbə qəbuluna təsirlərini diqqətlə izləyirlər.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox