Azedu.az

Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Xəbərlər

26 Sentyabr 2025, 18:00
Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Rusiyanın Leninqrad vilayətində azyaşlı qız beşinci mərtəbədən yıxılıb.

AzEdu.az xarici mediaya istinadla bildirir ki, hadisə Vıborq rayonunda, Svetloqorsk ərazisində baş verib. İlkin məlumata görə, miqrant ailədən olan 5 yaşlı qız evdə tək qalıb. Uşaq pəncərəyə dırmaşıb və yıxılıb.

Hadisə yerinə həkimlər gəlib. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas etməyə çalışırlar. Hüquq-mühafizə orqanları baş verənlə bağlı araşdırma aparır.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox