Azedu.az

Tələbələr ac qalır - bufetlərdə qiymətlər niyə bu qədər bahadır?

Xəbərlər

26 Sentyabr 2025, 16:51
Tələbələr ac qalır - bufetlərdə qiymətlər niyə bu qədər bahadır?

Son zamanlar universitet bufetlərində qiymətlərin artması tələbələrin narazılığına səbəb olub. Gündəlik ehtiyaclarını qarşılayan tələbələr üçün bu artım maliyyə baxımından çətinlik yaradır. Bu vəziyyət tələbələrin həm qidalanmasına, həm də ümumi rifahına təsir göstərir.

Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Elmin Nuri danışıb. 

O qeyd edib ki, yaxşı qidalanma tədris prosesi, insan zehni üçün vacibdən də vacibdir:

"Universitetlərimizlə bağlı problemlərdən biri də oranın bufetləri və qiymətin bahalığıdır. Türkiyədən tutmuş, Şərqi Avropayadək universitet yeməkxanaları özünün xeyli ucuzluğu və tələbələri üçün güzəşt edilməsi ilə seçilib.

Oradakı bufetlərdə bizim məzənnə ilə çox cüzi qiymətə (hətta 2 manatı keçmədən) 4 çeşiddə təamı birdəfəlik, "lunch" olaraq ala, doyumcul yeyə bilərsən. Məsələn, tələbə az qala, 2-3 manata yaxın ödəniş etməklə bəlli miqdarda duru yemək, qarnir, isti yemək, salat və içki əldə bilər. Təəccüblənmək isə heç lazım deyi. Çünki, vəziyyət belədir".

Bir neçə universitet bufetində, tələbə 2 manata ancaq 3 "peraşgi" ala bilər:

"Bizdə bəs universitetlər bu istiqamətdə hansı güzəştləri edir?! Bir neçə universitet bufetində, tələbə 2 manata ancaq 3 "peraşgi" ala bilər... Bəlkə, bu barədə yenidən düşünək? Yaxşı qidalanma tədris prosesi, insan zehni üçün vacibdən də vacibdir".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox