Azedu.az

Dərsliklərdə ciddi yeniliklər gözlənilir

Xəbərlər

26 Sentyabr 2025, 16:24
Dərsliklərdə ciddi yeniliklər gözlənilir

Tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə ictimai dinləmələr keçirilir, nazir isə ingilis dili dərslikləri ilə bağlı da eyni təşəbbüsü tövsiyə edib.

Bu dinləmələr real dəyişikliklərə yol açacaq, yoxsa sadəcə formal addım olaraq qalacaq?

AzEdu.az mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayevlə danışıb.

168748O bildirib ki, sinif dərsliklərində bəzən elə şeirlər yer alır ki, onların mənşəyi, mənsəbi və məqsədi məlum deyil:

"Bəzi müəlliflər kitab yazarkən kobud səhvlərə yol verirlər və anlaşılmaz cümlələrdən istifadə edərək mövzunu izah etməyə çalışırlar. Bu problem yalnız müəyyən dərsliklərlə məhdudlaşmır; digər kitablarda da ictimai baxış və dinləmə eyni zamanda peşəkar insanların qiymətləndirməsinə ehtiyac duyur.

Nazirin vurğuladığı kimi, bu fənlərdə dərsliklərin mənimsənməsi və məqsədin anlaşılması baxımından ciddi problemlər var. Sinif dərsliklərində yer alan bəzi şeirlərin mənşəyi, məqsədi məlum deyil. Eyni zamanda öyrədici xarakter daşıyan mətnlərin çətinliyi şagirdlərin biliklərinə mənfi təsir göstərir".

Vəziyyətə nazir belə diqqət yetirirsə, dərsliklərdə ciddi dəyişikliklərin olması ehtimalı yüksəkdir:

"İctimai dinləmələr öz müsbət təsirini göstərəcək. Burada nazirliyin mövqeyi əsas rol oynayır, amma ekspertlərin və digər şəxslərin rəyləri də nəzərə alınır. Nazir artıq mövzuya diqqət yetirdiyi üçün dərsliklərdə ciddi dəyişikliklərə yol açacağı ehtimalı böyükdür".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox