Son illərdə ABŞ universitetlərinə qəbul olunan xarici tələbələrin sayında azalma müşahidə olunur. Bu tendensiya yalnız ali təhsil müəssisələrinin gəlirlərinə deyil, həm də tələbə şəhərciklərindəki bizneslərə və yerli iqtisadiyyata mənfi təsir göstərir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, xarici tələbələr həm təhsil haqqı baxımından, həm də yaşayış xərcləri ilə yerli bazara böyük töhfə verirlər. Say azalması ABŞ-nin qlobal təhsil bazarındakı liderliyinə də təsir göstərə bilər.