Azedu.az

Payızda uşaqları xəstəliklərdən necə qorumaq olar? - PEDİATR

Xəbərlər

26 Sentyabr 2025, 14:48
Payızda uşaqları xəstəliklərdən necə qorumaq olar? - PEDİATR

Payız fəsli havaların soyuması və dəyişkən keçməsi ilə uşaqlarda soyuqdəymə hallarının artmasına səbəb olur. İmmunitet zəiflədiyi bu dövrdə uşaqlar virus və infeksiyalara daha həssas olurlar. Buna görə də mövsümə uyğun geyim, düzgün qidalanma və profilaktik tədbirlər xüsusi əhəmiyyət daşıyır.

AzEdu.az-a mövzu ilə bağlı pediatr Günay Rəsulova danışıb.

O bildirib ki, ümumi soyuqlamadan fərqli olaraq qripin qarşısını peyvəndlə almaq mümkündür:

"Uşaqlarda soyuqlamanın ən əsas səbəbi Rinoviruslardır. Xüsusilə məktəb yaşlı və toplum içərisinə çıxan uşaqlarda tez-tez görülür. Xüsusi müalicəsi olmayan bu viruslardan qorunmanın ən praktik yolu əl təmizliyinə ciddi fikir verməkdir.

Xəstəliyin ilk əlamətləri adətən asqırma və burun tıxanıqlığıdır. Bundan başqa, burun axıntısı, ümumi halsızlıq, öskürmə, baş ağrısı və boğaz ağrısı da müşahidə oluna bilər. Xüsusi müalicəsi yoxdur; məqsəd infeksiyanın yol açdığı şikayətləri azaltmaqdır. Burunu açıq tutmaq, bol maye qəbul etmək, tez-tez əlləri yumaq və xəstələrin olduğu ortamlardan uzaq olmaq məsləhət görülür.

Soyuqlama zamanı qripdən fərqli olaraq çox vaxt hərarət normal qalır. Qrip virusu zamanı isə hərarət yüksəlir, əzələ və oynaqlarda ağrılar tez-tez müşahidə olunur. Qrip zamanı xəstəlik bronxit və pnevmoniya kimi ağırlaşmalara səbəb ola bilər. Ümumilikdə, qripin qarşısını peyvəndlə almaq mümkündür".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox