Azedu.az

Milli Məclisdə bəzi dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək

Xəbərlər

26 Sentyabr 2025, 13:40
Milli Məclisdə bəzi dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək

Milli Məclisdə Azərbaycan dili, ədəbiyyat və ingilis dili dərslikləri ilə bağlı ictimai dinləmə keçiriləcək.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, ingilis dili dərsliklərinin siyahıya salınmasını elm və təhsil naziri Emin Əmrullayev özü xahiş edib və ictimai dinləmədə də şəxsən iştirak edəcəyini söyləyib.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox