NASA 24 sentyabr 2025-ci ildə Günəşin təsirini öyrənmək üçün iki yeni kosmik missiyanı uğurla başlatdı.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, missiyalardan biri, IMAP (Interstellar Mapping and Acceleration Probe), Günəş küləyini və heliosferi araşdıracaq, digəri isə SWFO-L1 (Space Weather Follow On - L1) Günəşdən gələn hissəciklərin Yerə təsirini izləyəcək.
Hər iki missiya, Günəşin kosmosdakı və Yer üzündəki təsirlərini daha yaxşı anlamağa və texnologiyalara olan riskləri azaltmağa kömək edəcək. Missiyalar SpaceX Falcon 9 raketi ilə NASA-nın Kennedy Kosmik Mərkəzindən buraxılıb.