NASA-nın yeni açıqlamasına görə, 2025-ci ilin sentyabrına qədər kəşf və təsdiqlənmiş ekzoplanetlərin (yəni Günəş sistemindən kənarda yerləşən planetlərin) ümumi sayı 6,000-i keçib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu ekzoplanetlərdən bir çoxu. Yerə oxşar xüsusiyyətlərə malikdir yəni onlar da bərk səthli ola bilər, atmosferə sahibdir və bəzi hallarda həyat üçün uyğun temperatur aralığında yerləşirlər.
NASA-nın Kepler və TESS teleskopları vasitəsilə aşkar edilən bu planetlər, kainatda həyat ehtimalını daha da ciddi şəkildə gündəmə gətirib. Mütəxəssislər yaxın illərdə daha çox Yerəbənzər planetlərin tapılacağını və bəlkə də, həyatın izlərinə rast gəlinəcəyini istisna etmirlər.
Bu nailiyyət, insanlığın kainatdakı yerini anlamaq baxımından mühüm bir addım hesab olunur.