İngiltərədə aşağı doğum göstəriciləri səbəbindən 2029-cu ilə qədər 800-ə qədər dövlət ibtidai məktəbinin bağlanması riski var. Bu barədə Təhsil Siyasəti İnstitutu (EPI) yeni hesabatında xəbərdarlıq edib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, 2018–2019-cu illərdə məktəblərdəki şagird sayı 4,5 milyonla pik həddə çatmışdı. Lakin son illərdə doğum səviyyəsinin düşməsi nəticəsində bu rəqəm azalır və növbəti illərdə daha da aşağı düşəcəyi gözlənilir. Təxminən 162 min şagird itkisi 800 məktəbin bağlanması ilə nəticələnə bilər.
EPI bildirir ki, azalma təkcə doğum sayları ilə deyil, ailələrin Londondan çıxması, bəzi valideynlərin özəl məktəblərə üstünlük verməsi kimi səbəblərlə də bağlıdır. Ən çox risk altında olan məktəblər isə şagird sayı az olan və maliyyələşməsi zəif olan təhsil ocaqlarıdır.