Azedu.az

Uşağın kürəyini qorumaq üçün belə çanta seçin - Pediatrdan MƏSLƏHƏT

Xəbərlər

25 Sentyabr 2025, 17:06
Uşağın kürəyini qorumaq üçün belə çanta seçin - Pediatrdan MƏSLƏHƏT

Məktəbli çantalarını dəbə uyğun olanını deyil, funksional olanları seçmək lazımdır.

Bu sözləri AzEdu.az-a pediatr Şəlalə Pluxova söyləyib.

Müsahibimiz qeyd edib ki, valideynlər dərs yükü çoxdur deyə övladını idmandan məhrum etməməlidir:

"Bu gün məktəbli çantaları kifayət qədər ağırdır və şagirdin düzgün oturma problemi olarsa, bu bəzi xəstəliklərə gətirib çıxara bilər. Bunu müəllim sinifdə müşahidə edə bilər. Həmçinin, şagird evdə dərslərinə çalışarkən düzgün oturmursa, valideyin mütləq fikir verməlidir. Lazım gələrsə, müalicəvi gimnastikaya üz tutmalıdır. Ümumiyyətlə, valideyinlər dərs yükü çoxdur deyə övladını idmandan məhrum etməməlidir. Üzgüçülük və digər idman növləri uşağın qaməti və sağlamlığı üçün çox vacibdir".

Əgər uşaq bel çantasını geyərkən qabağa əyilirsə, çantasını açıb-çıxarmaqda çətinlik çəkirsə və ya bel ağrısından şikayətlənirsə, bu hansısa problemin göstəricisi ola bilər:

"Artıq uşağın onurğa sütununda problem varsa, ilk növbədə pediatra müraciət etmək lazımdır. Pediatr bu zaman sümük-oynaq sistemini dəyərləndirib, ümumi qiymətləndirmə apardıqdan sonra ehtiyac görərsə, uşağı ortopedə müraciət üçün yönləndirə bilər.

Bu problemlərin olmaması üçün məktəbli çantalarının seçimində birinci növbədə bel çantasının təhlükəsizliyi üçün ilk addım düzgün kürək çantasını seçməkdir. Dəbli deyil, funksional olanları seçmək lazımdır. Yüngül kürək çantalarının seçilməsi vacibdir. İki geniş kəməri olan çantalar seçilməsi arzuolunandır. İncə qayışlı kürək çantaları çiyinlərdə qan dövranını poza bilər.

Çiyin və ya “messenger” tipli çantaların istifadə edilməməsi daha doğrudur, çünki bu zaman ağırlıq hər iki tərəfdə bərabər şəkildə paylanmır. Uşağınızın kürəyini qorumaq üçün yastıqlı arxası olanlar seçilməlidir. Ağırlığı daha bərabər paylamaq üçün çoxlu cibləri olan çantalara üstünlük verilməlidir. Həmçinin, əlavə bel kəməri olan çantalar seçilməsi daha yaxşıdır. Təkərli çantalar da faydalı seçim ola bilər.

Əgər uşaq bel çantasını geyərkən qabağa əyilirsə, çantasını açıb-çıxarmaqda çətinlik çəkirsə və ya bel ağrısından şikayətlənirsə, bu hansısa problemin göstəricisi ola bilər".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox