Azedu.az

Universitetləri süni intellekt qiymətləndirəcək

Xəbərlər

25 Sentyabr 2025, 10:24
Universitetləri süni intellekt qiymətləndirəcək

"2026-cı ildən etibarən ali təhsil müəssisələrinin keyfiyyət göstəricilərini süni intellekt qiymətləndirəcək".

AzEdu.az xəbər verir ki, bunu "Times Higher Education"da (THE) Davamlılığa Təsir Reytinqləri üzrə məlumatların çatdırılması meneceri Klara Spustrk Bakıda keçirilən Avrasiya Universitetləri Sammitinin ikinci günündə çıxışı zamanı deyib.

O bildirib ki, LLM (Large Language Model - Böyük Dil Modeli) tərəfindən nəzərdən keçirilə bilməyən, əlçatan olmayan sübutlar işarələnərək insan təşkilatlarına göndəriləcək:

"Əlçatan olmayan sübutlar dərhal rədd edilməyəcək. Onlar hər halda insanlar tərəfindən nəzərdən keçiriləcək. İnsanlar eyni qaydalara riayət edəcəklər ki, sivilizasiyalar arasında ardıcıllıq təmin olunsun. Bütün sübutlar özlüyündə tam olmalıdır. Əvvəlki dövrlərdə bəzi universitetlər sübutu sadəcə link və ya içində çoxlu keçid olan veb-səhifə şəklində təqdim etmişdi. Bu cür sübut rədd ediləcək, çünki göstəriciləri dəstəklədiyini göstərən əlavə məlumat təqdim etmir".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox