Suriyada hər il milyonlarla insan, xüsusilə də uşaq dünyasını dəyişir. Müharibə şəraitinin ağırlığına baxmayaraq, suriyalı şagirdlərdən bəziləri bombalanan və yararsız halda olan məktəblərə getməyə davam edir.
AzEDU xarici KİV-ə istinadən, Suriya məktəblərindən fotoreportajı təqdim edir:
Suriyada son iki ildə 98 məktəb bombalanıb;
Məktəb istifadə verildikdən 2 gün sonra divarlar dəlik-deşik edilib;
Məktəbin dağıdılan laboratoriyasında Günəş sisteminin mexaniki modeli saxlanılır;
Burada uşaqların yarıdan çoxu məktəbə getmir;
Bombalanan məktəbin "idman zalı";
Məktəbə gedən uşaqlar hər gün uçulan tikililərin yanından keçir və təhlükəylə üz-üzə qalırlar;
Suriya Müdafiə Nazirliyinin əməkdaşı şagirdlərə hava hücumundan qorunmağın yollarını başa salır;
Bombardman nəticəsində şagirdlərin parçalanan ayaqqabıları;
Məktəbin vurulması nəticəsində hər iki ayağını da itirən Abdürrəhman;
Məktəbə gələn şagirdlərin sayı az olduğundan hamısı eyni sinifdə dərs keçirlər;
Məktəbləri dağıdıldıqdan sonra ətrafa qorxu-təlaşla baxan şagirdlər;
Dağıntılar altında qalan “gələcək”;
Bu divar qış aylarında dərs keçməyi mümkünsüz edir;
Suriyalı bir müəllim məktəbdəki təhlükəli vəziyyəti nəzərə alaraq, şagirdlərə axırda (atların saxlanıldığı yer) dərs keçir;
Suriyada ən yaxşı halda olan məktəbin sinif otağı;
Suriyalı məktəblilər ümidlərini itirməyib, təhsil almağa davam edirlər.