Sentyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir.
AzEdu.az Təhsil Portalı olaraq bu münasibətlə sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edən müəllimlərin təəssüratlarını öyrənməyə çalışıb.
Belə ki, müsahibə mərhələsində iştirak edənlərdən biri də Həsənova Məlahət İsmayıl qızıdır.
Müsahibimiz bildirib ki, sertifikasiya imtahanları sayəsində müəllimlər yeni məlumatlar öyrənir və öz potensialını bilir:
"Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunuyam. 1991-ci ildən etibarən Ağstafa rayonu Qaçaq Kərəm kənd tam orta məktəbində fizika müəllimi vəzifəsində çalışıram.
Sertifikasiyadan 55 bal toplamışdım. Müsahibə mərhələsindən isə 30 baldan çox nəticə toplayacağımı gözləyirəm. Ümumilikdə, sertifikasiya imtahanları sayəsində müəllimlər yeni məlumatlar öyrənir və öz potensialını bilir. Biz xüsusəndə kuriklumla bağlı yeni biliklər əldə etdik".