Azedu.az

Sertifikasiya sualları maraqlı və qənaətbəxş idi

Xəbərlər

24 Sentyabr 2025, 15:27
Sertifikasiya sualları maraqlı və qənaətbəxş idi

Sentyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir.

AzEdu.az Təhsil Portalı müsahibələrdə iştirak edən müəllimlərin təəssüratlarını öyrənib.

Onlardan biri də 21 ildir müəllim kimi fəaliyyət göstərən Ramin Vəliyevdir.

Müsahibimiz bildirib ki, sualların səviyyəsi qənaətbəxş idi və təhsilə dair maraqlı mövzuları əhatə edirdi:

"1981-ci ildə Göyçə mahalında anadan olmuşam. 1999-cu ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşam. 2004-cü ildən Şəmkir şəhəri M.Füzuli adına məktəb-liseydə fizika müəllimi kimi çalışıram. Olimpiada nəticəmə görə "Tərəqqi" və "Qabaqcıl təhsil işçisi" nişanları ilə təltif edilmişəm.

Sertifikasiyanın test imtahanı mərhələsindən 57 bal toplamışdım. Müsahibə mərhələsi də uğurlu keçdi. Sualların səviyyəsi qənaətbəxş idi, təhsilə dair maraqlı məqamları əhatə edirdi. Müsahibə mərhələsindən 30 bal toplayacağımı gözləyirəm".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox