Azedu.az

Təhsil hər kəs üçün əlçatan olmalıdır - Nazir

Xəbərlər

Elm və Təhsil Nazirliyi

24 Sentyabr 2025, 10:28
Təhsil hər kəs üçün əlçatan olmalıdır - Nazir

Hər bir fərdin təhsilini davam etdirmək imkanı olmalıdır. Bu yalnız elitaya aid olan bir şey deyil. 

AzEdu.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “THE Avrasiya Universitetlərinin Sammiti”ndə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, potensiallı hər kəs üçün  imkanlar təmin edilməlidir:

“Bəs, bərabərlikdən danışarkən balansı necə qurmayılıq? Region, gender, ailənin sosial-iqtisadi vəziyyəti və daha bir çox amillər ali təhsilə çıxış imkanını əvvəlcədən müəyyən edir. Bu, düşünürəm ki, hökumətlər üçün əsas çağırışlardan biridir: fərdin harada doğulmasını və hansı sosial-iqtisadi şəraitdə böyüməsini özü seçmir. Bu səbəbdən də onların təhsil imkanlarını genişləndirməliyik. Bütün potensiallı şəxslərə bu imkan tanınmalıdır”.

Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində
Son xəbərlərDaha çox