Azedu.az

Xəzər dənizində zəlzələ olub

Xəbərlər

24 Sentyabr 2025, 08:02
Xəzər dənizində zəlzələ olub

Siyəzən stansiyasından 134 km şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

AzEdu.az bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yerli vaxtla saat 03:34-də qeydə alınan zəlzələnin maqnitudası 3 olub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində
Son xəbərlərDaha çox