Təhsilin İnkişafı Fondunun (TİF) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə həyata keçirdiyi "IELTS imtahanına təşviq" layihəsi çərçivəsində Fondun dəstəyi ilə imtahan ödənişləri qarşılanmış 103 gənc Dövlət Proqramının (DP) qalibi olub.
Bu barədə AzEdu.az-a TİF-dən məlumat verilib. Bildirilib ki, qaliblər bakalavriat, magistratura və doktorantura səviyyələrində müxtəlif ixtisaslar üzrə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.
Bu təşəbbüs gənclərin xarici dil bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq təhsil imkanlarına çıxışlarının genişləndirilməsi məqsədini daşıyır.