Azedu.az

İrlandiyada ibtidai təhsil proqramı yenilənir

Xəbərlər

23 Sentyabr 2025, 15:50
İrlandiyada ibtidai təhsil proqramı yenilənir

İrlandiyada ibtidai məktəb proqramında son 25 ilin ən böyük dəyişiklikləri həyata keçirilməyə hazırlaşır. Təhsil orqanlarının məlumatına görə, yeni kurikulumda rəqəmsal media, rəqs və kodlaşdırma kimi müasir mövzular tədris planına daxil ediləcək.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, sosial və ətraf mühit təhsili genişləndiriləcək, həmçinin uşaqların psixoloji və emosional rifahına yönəlik yeni yanaşmalar tətbiq olunacaq. Təhsil üzrə mütəxəssislər bu dəyişikliklərin məktəblərdə həm akademik, həm də sosial bacarıqların inkişafına töhfə verəcəyini bildirir.

Qeyd edək ki, bu islahatlarla İrlandiya təhsili müasir çağırışlara uyğunlaşdırılaraq daha çevik və şagirdmərkəzli modelə keçid etməyi hədəfləyir.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox