Azedu.az

ABŞ-də 5 yaşa qədər uşaqlar üçün pulsuz uşaq baxımı

Xəbərlər

23 Sentyabr 2025, 14:33
ABŞ-də 5 yaşa qədər uşaqlar üçün pulsuz uşaq baxımı

ABŞ-nin Nyu-Meksiko ştatında yeni qanun qüvvəyə minib. Qanuna əsasən, 2025-ci il noyabrın 1-dən etibarən 5 yaşadək uşaqlar üçün universal və pulsuz uşaq baxımı xidmətləri göstəriləcək.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni təşəbbüs erkən uşaqlıq dövründə təhsilə çıxışı artırmaqla yanaşı, ailələrin maliyyə yükünün azaldılmasını da hədəfləyir.

Ştat rəsmiləri bildirir ki, bu addım həm valideynlərin iş həyatına daha aktiv qoşulmasına şərait yaradacaq, həm də uşaqların keyfiyyətli təhsilə erkən yaşlardan başlamasını təmin edəcək.

Qeyd edək ki, Nyu-Meksiko bu təşəbbüsü həyata keçirən ABŞ-da ilk ştatdır.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox