Azedu.az

Numeroloq: Övladınıza ata və ananızın adını qoyanda diqqətli OLUN

Xəbərlər

23 Sentyabr 2025, 09:45
Numeroloq: Övladınıza ata və ananızın adını qoyanda diqqətli OLUN

Uşağa ad qoymaq yalnız estetik seçim deyil, həm də onun həyatına təsir edə biləcək mühüm qərar kimi qiymətləndirilir. Numeroloqların fikrincə, adın seçilməsi zamanı valideynlərin diqqət yetirməli olduğu müəyyən enerji qaydaları mövcuddur.

AzEdu.az-a danışan numeroloq Xəyal Məmmədov qeyd edib ki, yeni doğulan körpəyə verilən ad həyatda olan insanın adı olması daha məqsədəuyğundur.

Numeroloqun sözlərinə görə valideynlər çoxu ata və analarının adlarını övladlarına qoymaqla bir növ yaşatmaq istəyirlər:

“Enerji baxımından nəzərə alsaq, yaxşı olar ki, yeni doğulan körpəyə verilən ad həyatda olan insanın adı olsun. Yəni adı veriləcək insandan “halallıq” alınsın. Rəhmətə getmiş insanların adlarını qoymağı enerji baxımından düzgün hesab etmirəm. Çünki hər bir insanın həyat aqibəti var və ad da bizim enerjimizin 2-ci kateqoriyasıdır.

Həyatda olmayan insanın adının körpəyə qoyulması neqativ təsir bağışlaya bilər. Amma insan sağlığındaykən öz adının nəvəsinə qoyulmasını istəsə, bu bir qədər qəbulediləndir.

Numeroloji tərəfdən qeyd edim ki, insanların adlarındakı hərflərin sayınında təsiri var. Uşağa ad qoyulan zaman ata və ananın adlarındakı hərflərin sayınına nəzər salmaq lazımdır. Məsələn, ata adı 4 hərf, ana adı isə 5 hərfdən ibarət ola bilər. O zaman tövsiyə edirəm ki, uşağın adını 6 hərfli bir ad qoymaq daha yaxşı olar. Niyə? Ona görə ki, hər üç rəqəm bir ailənin içində olsun”,- deyə numeroloq fikrini tamamlayıb.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox