Avstraliyanın RMIT Universitetinin alimləri ənənəvi betona alternativ olaraq yeni bina materialı təqdim ediblər. Bu material karton, torpaq və sudan hazırlanır və həm çevikliyi, həm də ucuz başa gəlməsi ilə diqqət çəkir.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, hazırlanmış qarışıq kiçik tikililərdə istifadəyə tam yararlıdır, həm də ekoloji cəhətdən davamlıdır. Yeni texnologiya tullantıların azaldılması və karbon izinin minimuma endirilməsi baxımından da üstünlük təşkil edir.
Alimlərin sözlərinə görə, belə innovativ yanaşmalar gələcəkdə tikinti sektorunun həm iqtisadi, həm də ekoloji problemlərinin həllinə töhfə verə bilər.