Bakıda sinif yoldaşının evindən oğurluq edən şəxsə hökm oxunub.
AzEdu.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakıda T.R. sinif yoldaşı M.X.-nin evindən dəfələrlə qızıl-zinət əşyaları oğurlayıb. O, ümumilikdə 12 min manatdan çox ziyan vurub. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə T.R.-ə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Hökm çıxarılarkən onun yetkinlik yaşına çatmaması və zərərin bir hissəsinin ödənilməsi yüngülləşdirici hal kimi nəzərə alınıb.