Maine Universitetinin alimləri dərman istehsalında inqilabi yenilik təqdim ediblər. Onlar indiyədək əsasən neftdən əldə edilən HBL adlı kimyəvi maddəni bərpa olunan mənbə - qlükoza əsasında sintez etməyə nail olublar.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, bu üsul dərmanların hazırlanmasında istifadə olunan vacib xammalı daha ucuz və ekoloji cəhətdən davamlı yolla əldə etməyə imkan verir. Nəticədə, həm istehsal xərclərinin azalacağı, həm də gələcəkdə dərman qiymətlərinə müsbət təsir göstərə biləcəyi gözlənilir.
Alimlər bildirirlər ki, yeni metod farmasevtika sənayesində həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətli dəyişikliklərə yol aça bilər.