Azedu.az

Səs yazısı yayılan direktor işdən ÇIXARILDI

Xəbərlər

Məktəblər

19 Sentyabr 2025, 19:59
Səs yazısı yayılan direktor işdən ÇIXARILDI

Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

AzEdu.az xəbər verir ki, araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova   tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox