Azedu.az

"Ali məktəblərin qapısı valideynlərə də açıq olmalıdır”

Xəbərlər

19 Sentyabr 2025, 15:38
"Ali məktəblərin qapısı valideynlərə də açıq olmalıdır”

Ali təhsil müəssisəsinin qapısı hər kəsə, eləcə də valideyinlərə açıq olmalıdır.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev söyləyib. 

Müsahibimiz bildirib ki, valideynləri hazırda narahat edən əsas problemlərdən biri övladlarının təhsil aldığı ali təhsil müəssisəsinə daxil olub ümumi vəziyyəti müşahidə və analiz edə bilməmələridir.

“Valideynlər övladlarının nəticələri ilə maraqlanmaq, rəhbərlik və müəllimlərlə görüşmək istəsələr də, universitetə daxil olduqları zaman mühafizə xidməti buna icazə vermir. Bu səbəbdən düşünürəm ki, ali təhsil müəssisələrinin qapısı hər kəsə, o cümlədən valideynlərə açıq olmalıdır. Təbii ki, bunu bütün ali məktəblərə şamil etmək olmaz, lakin bəzi universitetlərdə bu ciddi problem kimi qalmaqdadır”.

Ali təhsil müəssisələri valideynlərin müraciətini tənzimləmək üçün xüsusi mexanizm yaratmalıdır:

“Valideyn universitetə getmək üçün əvvəlcədən online müraciət edə bilər. Bu prosesin tənzimlənməsi mütləqdir. Hazırda xüsusilə dövlət universitetlərində ciddi rejim tətbiq olunur. Təhlükəsizliyin vacibliyini başa düşürük, lakin valideynin övladının təhsili, nəticələri ilə maraqlanması, rəhbərlik, müəllim və tyutoru ilə görüşməsi əlçatan olmalıdır. Təəssüf ki, bu gün bu imkan mövcud deyil. Ona görə də hər universitet öz şəraitinə uyğun şəkildə bir sistem formalaşdırmalı, mənim təklifim isə online müraciət mexanizminin tətbiqidir”.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox