16 ukraynalı uşaq Rusiyanın nəzarətindəki ərazilərdən geri qaytarılıb.
AzEdu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak “Telegram”da bildirib.Yermak vurğulayıb ki, geri qaytarılan “uşaqların hamısı Ukraynada təhlükəsizlikdədir, psixoloji dəstək alırlar, sənədləri bərpa olunur və yeni, sülh dolu həyata ilk addımlarını atırlar”.