Azedu.az

Məktəb psixoloqları üçün narkomanlığın profilaktikasına dair təlimat hazırlanacaq

Xəbərlər

17 Sentyabr 2025, 19:20
Məktəb psixoloqları üçün narkomanlığın profilaktikasına dair təlimat hazırlanacaq

Narkomanlığın profilaktikasının daha səmərəli təşkili məqsədilə ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün təlimat hazırlanaraq təsdiq ediləcək. 

AzEdu.az xəbər verir ki, bu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb. 

Elm və Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ildə ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün müvafiq təlimat layihəsinin hazırlanmasını, təlimat layihəsinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını və təsdiqlənməsini təmin etməlidir.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox